XƏBƏRLƏR
MƏLUMAT
"Qara Qarayevin işığında" adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2025 10:07

Mayın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin və Bakı Musiqi Akademiyasının şagirdlərinin iştirakı ilə Qara Qarayevin ev muzeyində  "Qara Qarayevin işığında" adlı konsert keçirilib.

Çıxış edənlər bəstəkarın həyat və yaradıcılığından, onunla bağlı maraqlı xatirələrdən söhbət açıblar. Qeyd olunub ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. 

Konsertdə Qara Qarayevin və onun yetirmələrinin əsərləri səsləndirilib.

Baxış sayı: 27