XƏBƏRLƏR
MƏLUMAT
“Qar Kraliçası” yenidən səhnədə
ÜMÜMİ XƏBƏRLƏR
27/12/2025 18:40

Dekabrın 27-də “Neon teatrı” Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Qar Kraliçası” tamaşasını bu dəfə zənginləşdirilmiş vizual effektlərlə, yeni enerji və modern səhnə dili ilə təqdim edib.

Tamaşadan öncə “Neon teatrı” haqqında məlumat verilib. Bildirilib ki, teatrın təsisçiləri Həcər İsrafilova, Mustafa Mustafayev, Fərid Ələkərov, rejissoru isə Tural Mustafayevdir.

Daha sonra teatrın aktyor heyətinin iştirakı ilə “Qar Kraliçası” adlı tamaşa təqdim edilib. Bu səfər tamaşa şəhid və qazi uşaqları üçün səhnələşdirilib, həmçinin tamaşanı bəzi məşhurlar da öz övladları ilə birlikdə izləməyə gəliblər. Güclü obrazlar, rənglərin nəfəs kəsən oyunu, işıq–kölgə harmoniyası və dinamik musiqi ilə “Qar Kraliçası” hər kəsin marağına səbəb olub.

Qeyd edək ki, tamaşa  28 ( saat 13:00 və 15:00) ,29 dekabr (saat 15:00) tarixlərində də təqdim olunacaq.

Baxış sayı: 21