XƏBƏRLƏR
MƏLUMAT
“Qan yaddaşımız” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/02/2023 01:25

Fevralın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Qan yaddaşımız” adlı tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımı haqqında məlumat verilib. Mərkəzin dram dərnəyinin və Xalq teatrının üzvlərinin ifasında “Ana fəryadı” adlı kompozisiya təqdim olunub, “Xocalı nişanəsi” və “Qan yaddaşımız” adlı qısametrajlı filmlər nümayiş edilib.

Baxış sayı: 252