XƏBƏRLƏR
MƏLUMAT
"Qalib xalqın müstəqilliyi" adlı ədəbi-bədii gecə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2025 10:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şağan qəsəbə Mədəniyyət Mərkəzində "Qalib xalqın müstəqilliyi" adlı ədəbi-bədii gecə keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 123,124,181,156 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi, qəsəbə sakinləri iştirak ediblər.

Çıxış edənlər müstəqillik tariximizin əhəmiyyətindən bəhs ediblər.

Bədii hissədə Mərkəzin bədii özfəaliyyət dərnəyinin və H.Xanızadə adına bədii qiraət dərnəyinin üzvləri, gənc müğənnilər, "Kiçik Qala" rəqs qrupu, məktəblilər çıxış ediblər.

Baxış sayı: 230