XƏBƏRLƏR
MƏLUMAT
"Qalib Azərbaycanım" adlı bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2025 16:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Mühafizə Alayında 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş "Qalib Azərbaycanım" adlı bayram tədbiri keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidməti Mühafizə Alayının şəxsi heyəti, əsgərlər, Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini qeyd ediblər. 

Tədbirdə Mədəniyyət Mərkəzinin xalq kollektivlərinin üzvləri və solistləri, gənc və istedadlı müğənnilər rəngarəng bayram proqramı ilə çıxış ediblər.

Baxış sayı: 24