XƏBƏRLƏR
MƏLUMAT
“Qadın qüdrətinin təcəssümü - Ana, Ana dili, Ana vətən” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2025 10:06

Martın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qadın qüdrətinin təcəssümü - Ana, Ana dili, Ana vətən” mövzusunda tədbir keçirilib.

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə 53 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilib ki, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.

Sonra mövzu ilə bağlı mühazirə dinlənilib. Mühazirədə  qeyd olunub ki, Azərbaycanda qadın  hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının  artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib  hissələrindəndir.

Tədbirin bədii hissəsində şagirdlər şeirlər səsləndiriblər və 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarx  nümayiş olunub.

Baxış sayı: 211