XƏBƏRLƏR
MƏLUMAT
"Qadın gülərsə bəşəriyyət gülər" adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/03/2025 14:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi və Qaradağ rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 №-li kitabxana filialı ilə birlikdə "Qadın gülərsə bəşəriyyət gülər" adlı dəyirmi masa keçiriblər.

Çıxış edənlər qadınları bayram münasibəti ilə təbrik ediblər və bildiriblər ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradə və əzmilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.

Tədbirdə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Səbinə” rəqs qrupunun ifasında rəqs nömrələri təqdim edilib, 180 nömrəli tam orta məktəbin şagirdləri şeirlər səsləndiriblər.

Baxış sayı: 180