XƏBƏRLƏR
MƏLUMAT
Q. Abbasov adına Mədəniyyət Sarayında tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/06/2023 07:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qurban Abbasov adına Mədəniyyət Sarayı 141 nömrəli tam orta məktəblə birgə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə  həsr olunmuş tədbir keçirib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə uşaqların iştirakı ilə bir-birindən maraqlı rəqslər, səhnəciklər, mahnılar, şeir və kompozisiyalar təqdim olunub.

Baxış sayı: 282