XƏBƏRLƏR
MƏLUMAT
Q.Abbasov adına Mədəniyyət Sarayında “Əbədi yaşar Lider” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2023 08:23

Mayın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qurban Abbasov adına Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Əbədi yaşar Lider” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verilib, Ümummilli liderə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbir zamanı “Xəzər” bədii qiraət dərnəyinin üzvlərinin ifasında şeirlər səsləndirilib, kompozisiyalar təqdim edilib. Gənc musiqiçilər Ümummilli liderə və vətənə həsr olunmuş mahnılarla, “Fidan” rəqs kollektivi isə rəngarəng rəqslərlə çıxış edib.

Baxış sayı: 360