XƏBƏRLƏR
MƏLUMAT
Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir
ÜMÜMİ XƏBƏRLƏR
29/03/2024 09:19

Sovet illərində lentə alınmış “Kalina krasnaya” (Qırmızı başınağacı – red) filminin bu il 50 yaşı tamam olur.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, filmin premyerası 1974-cü ilin yazında Bakıda Ümumittifaq kinofestivalında keçirilib.

Filmin ssenari müəllifi və rejissoru görkəmli yazıçı, aktyor, kinorejissor və ssenarist Vasili Şukşindir. O, həm də baş rolu ifa edib. V.Şukşinin yaratdığı obraz – keçmiş məhkum Yeqor Prokudin həbsdən çıxdıqdan sonra, cəzasını çəkdiyi müddətdə yazışdığı qadının yaşadığı kəndə gedir.

Ekran əsəri Vasili Şukşinin sonuncu rejissorluq işidir. Çəkilişlərdə həm peşəkar aktyorlar, həm də sıravi insanlar çəkildiyinə görə ekran əsəri həqiqətən xalqın filminə çevrilib. “Kalina krasnaya” filmi Sovet İttifaqında böyük uğur qazanıb: ekran əsərinə 62,5 milyon nəfər baxıb, film bir neçə ali mükafata layiq görülüb, 2019-cu ildə isə “Mosfilm” tərəfindən restavrasiya edilmiş film yenidən prokata buraxılıb.

Baxış sayı: 220