XƏBƏRLƏR
MƏLUMAT
“Peter musiqi alətləri diyarında” adlı tamaşa təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
27/06/2024 09:51

Bakı Şəhər Mədəniyət Baş İdarəsinin tabeliyində olan C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbində Macar yazıçısı Klara R. Hitsin “Peter musiqi alətləri diyarında” adlı tamaşa təqdim edilib.

Tədbirin fəxri qonağı əsəri doğma dilimizə tərcümə edərək nəşr etdirən və səsləndirən Əməkdar mədəniyyət işçisi Aygül  Qaradağlı olub.

Məktəbin şagirdləri böyük ustalıqla tamaşada çıxış edərək musiqi alətlərinin obrazını canlandırıblar.

Tamaşa dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

 

Baxış sayı: 196