XƏBƏRLƏR
MƏLUMAT
"Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2025 10:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Abşeron Binə Peşə Liseyinin birgə təşkilatçılığı ilə "Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilib.

Tədbirdə rəsmilər, şəhid ailələri, mədəniyyət işçiləri iştirak ediblər.

Kitab şəhid olmuş peşə təhsili məzunlarının həyat fəaliyyətini, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardıqları mübarizəni, döyüş yolunu geniş ictimaiyyətə çatdırmaq məqsədilə hazırlanıb.

Çıxışlarda kitabda yer alan şəhidlərdən ətraflı söz açılıb, şəhid oğullarının Vətən qarşısındakı xidmətlərindən bəhs edilib.

Tədbirdə iştirak edən Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova  oğlunun igidliyi və cəsarətindən danışıb.

Daha sonra Xəzər rayon MKS-nin fəal oxucuları vətən haqqında şeirler səsləndiriblər.

Baxış sayı: 191