XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ənənəvi kitab sərgisi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2025 11:06

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Milli Kitabxanada eyniadlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun, Azərbaycan Respublikasınında kitab və nəşriyyat işi, kitab mədəniyyəti, müəlliflik və patent hüququ,rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin nəşrləri, virtual məkanda müəlliflik hüququ və s. mövzularda Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Baxış sayı: 35