XƏBƏRLƏR
MƏLUMAT
Oxucular üçün növbəti “Mütaliə saatı” təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
20/08/2024 11:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli kitabxana filialı “Mütaliə saatı” təşkil edib.

Tədbirdə mütaliənin  əhəmiyyətindən, kitabxanaların oxucularla daha sıx ünsiyyət qurmasının vacibliyindən bəhs edilib. Uşaqlara kitabxana fondundan bir-birindən maraqlı kitablar təqdim olunub və hekayələr seçilərək səsləndirilib.

Uşaqlar oxuduqları kitablar haqqında olan təəsüratlarını bölüşərək, şeirlərlə, mahnılarla çıxış ediblər.

Tədbir haqqında ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://www.facebook.com/share/p/ttmPQP8cKkTX2KbZ/?mibextid=oFDknk

Baxış sayı: 206