XƏBƏRLƏR
MƏLUMAT
“Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/06/2025 16:12

İyunun 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, qazilər və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxış edənlər qeyd ediblər ki, 26 iyun – Silahlı Qüvvələr Günü sadəcə bir təqvim tarixi deyil, bu gün ordu quruculuğumuzun gücünün, xalqımızın əzminin və dövlətimizin müstəqilliyinin qorunmasını təcəssüm etdirən şərəfli bir gündür. Əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulan milli ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə davam etdirələrək yeni tələblərə uyğun təşkil olunub.

Bu gün Ümummilli Liderin hər sahədə olduğu kimi ordu quruculuğu sahəsində də fəaliyyətini cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın Silahlı Qüvvələri peşəkar, döyüş qabiliyyətli və müasir texnika ilə təchiz olunmuş bir orduya çevrilib.

Sonda tədbir iştirakçıları Azərbaycan xalqının xilaskarı və lideri Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

 

 

 

Baxış sayı: 40