XƏBƏRLƏR
MƏLUMAT
Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2024 09:27

Ölkəmizdə Bakı 2024 - Beynəlxalq incəsənət simpoziumu keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubu tərəfindən təşkil olunub.

Simpoziumda müxtəlif ölkələrdən olan rəssamlar iştirak edir. Tədbir rəssamlar arasında canlı ünsiyyət və təcrübə mübadiləsi üçün unikal məkan olacaq, eləcə də ölkələr arasında mədəni zənginləşməni və qarşılıqlı anlaşmanı təşviq edəcək. İştirakçılar tədbir boyu onları müşayiət edəcək yaradıcılıq və ilham atmosferinə qərq ola biləcəklər.

Mayın 24-dək davam edəcək simpoziumun başa çatması münasibətilə sərgi açılacaq. Sərgidə simpozium zamanı rəssamların yaratdığı əsərlər təqdim olunacaq.

Baxış sayı: 122