XƏBƏRLƏR
MƏLUMAT
“Novruz sevincləri” adlı bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2025 10:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan əlil uşaqların iştirakı ilə “Novruz sevincləri” adlı bayram tədbiri keçirilib.

İlk olaraq təbriklər səslənib və Novruz bayramının ən qədim bayramlardan biri olduğu diqqətə çatdırılıb. Daha sonra əyləncəli bayram proqramı təqdim olunub.

Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızının çıxışları, Mədəniyyət Mərkəzinin xalq kollektivlərinin üzv və solistlərinin ifaları bayram tədbirinə xoş ovqat qatıb.

Baxış sayı: 38