XƏBƏRLƏR
MƏLUMAT
“Novruz dostluq, həmrəylik, birlik bayramıdır” mövzusunda dəyirmi masa təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
13/03/2025 15:57

Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Novruz dostluq, həmrəylik, birlik bayramıdır” mövzusunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masada 308 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Qonaqlar öncə Mərkəzin Muzey bölməsində Ulu Öndər Heydər Əliyevin siyasi irsini əks etdirən eksponatlarla tanış olublar.

Sonra mövzu ilə bağlı mühazirə dinlənilib.

Çıxışlar zamanı bildirilib ki, qədim adət-ənənələri özündə birləşdirən Novruz bayramının Azərbaycanda böyük təntənə və coşqu ilə qeyd olunmasına Heydər Əliyevin iradə və əzmi sayəsində nail olunub. Vurğulanıb ki, bu gün milli bayramımız işğaldan azad olunmuş torpaqlarımızda da böyük sevinclə qeyd edilir.

Sonda Ümummilli lider Heydər Əliyevin Novruz şənliklərində iştirakını əks etdirən videoçarx nümayiş olunub.

Baxış sayı: 63