XƏBƏRLƏR
MƏLUMAT
Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2025 12:00

Martın 18-də Xətai rayonu Heydər Əliyev adına istirahət parkında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub.

Tədbirdə rəsmilər, şəhid ailələri, qazilər, C. Naxçıvanski adına Azərbaycan Hərbi Liseyin kursantları, ziyalılar və sakinlər iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə bir çox məşhur incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim edib, Novruz personajları uşaqları əyləndiriblər.

Baxış sayı: 60