XƏBƏRLƏR
MƏLUMAT
Novruz bayramına həsr olunan məqalə və şeir kitabxanaya təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2024 15:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir. Şair və yazıçılar, jurnalistlər, yaradıcı insanlar yeni yazdıqları əsərləri ilə oxucuları və izləyiciləri tanış edirlər.

Layihə çərçivəsində şair, yazıçı, publisist Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munis kiçikyaşlı oxuculara yeni yazdığı “Novruz gəlir” şeirini hədiyyə edib. Şeirdə elimizin, obamızın, xalqımızın Novruzu böyük həvəslə qarşılaması təsvir edilir. Şair Novruz adət-ənənələrini, torpağın oyanmasını balaca oxuculara çatdırır.

Baharın gəlişi və Novruz bayramı ilə əlaqədar Mərkəzi Kitabxananın fəal oxucularından olan Ülkər Məmmədova da türk mənbələrindən əldə etdiyi məlumatlar əsasında “Türk mədəniyyətində Novruz, Yeni gün bayramı” adlı material hazırlayıb.

Materialda müəllif oxuculara Novruz bayramı ərəfəsində Azərbaycanda keçirilən “at çapma”, “qılınc oynatma”, “zorxana”, “əyləncə”, “kəndirbaz”, “sim pəhləvanı”, “fərdi tamaşa”lar  haqqında məlumat verib.

Müəllif oxucuların diqqətinə çatdırır ki, İlaxır çərşənbə kütləvi xalq şənlikləri ilə qeyd olunur, bu çərşənbənin şənlik və mərasimləri özünəməxsusluğu ilə seçilir.

Aşağıdakı keçidə daxil olub məqalə ilə tanış ola bilərsiniz:

https://drive.google.com/file/d/1-djcq1uZMLn-LlhUfWiBN5ZVoEFe93Ju/view?usp=sharing

Baxış sayı: 232