XƏBƏRLƏR
MƏLUMAT
Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2025 15:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə 139 nömrəli tam orta məktəbin  müəllim və şagird kollektivi iştirak ediblər.

İlk öncə şagirdlər Mərkəzin ekspozisiya zalı ilə tanış olublar.

Məktəblilərə Ümummilli lider Heydər Əliyevin milli birlik simvolu olan Novruz bayramı və onunla bağlı ənənələrə böyük önəm verdiyi vurğulanıb.

Tədbirdə Novruz bayramının tarixi, adət-ənənləri haqqında məlumat verilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin Novruz şənliklərində iştirakını əks etdirən videoçarx nümayiş olunub.

Sonda şagirdlər Novruz adət-ənənələrinin və atributlarının nümayiş olunduğu guşə ilə tanış olublar.

Baxış sayı: 37