XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/06/2025 11:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 18 İyun Azərbaycanda İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirib.

Çıxışlar zamanı bildirilib ki, insan hüquqları hər bir fərdin doğuluşdan malik olduğu, toxunulmaz və ümumbəşəri dəyərlər toplusudur. Bu hüquqların qorunması, təminatı və inkişaf etdirilməsi demokratik cəmiyyətlərin əsas prinsiplərindən sayılır. Azərbaycan Respublikasında iyunun 18-i məhz bu dəyərlərin dövlət səviyyəsində təşviqinə və möhkəmləndirilməsinə həsr olunub. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul edilib və bu mühüm hadisə Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan Hüquqları Günü” kimi rəsmiləşdirilib.

Baxış sayı: 36