XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/05/2025 17:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda konsert keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsertdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan söhbət açılıb, fəaliyyəti illərində Azərbaycanın qazandığı nailiyyətlərdən danışılıb.

Konsertdə sevilən müğənni İradə İbrahimova və Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin  “Aysel” rəqs qrupu çıxış ediblər.

Baxış sayı: 47