XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin uğuru
ÜMÜMİ XƏBƏRLƏR
07/02/2025 12:37

1-5 fevral tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Astana Stars International təşkilatçılığı ilə onlayn keçirilən “World Music Festival” III Beynəlxalq inсəsənət müsabiqə-festivalında uğurla iştirak edib.

Məktəbin tar ixtisası üzrə təhsil alan şagirdi İbrahim Abbasov 11-13 yaş kateqoriyasında çıxış edərək III dərəcəli laureat adına layiq görülüb .

Müəllim Rüfət Mustafayev, konsertmeyster Dilarə Əhmədova isə münsiflər heyəti tərəfindən Təşəkkürnamə ilə təltif ediliblər. 

Baxış sayı: 280