XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
29/08/2025 10:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin şagirdləri 1-28 avqust tarixlərində onlayn keçirilən Golden Time Talent London Award müsabiqəsində uğurla çıxış ediblər.

Müsabiqədə musiqi məktəbinin II sinif şagirdi Fərhad Nağızadə I yerə, I sinif şagirdi Arzu İsayeva II yerə layiq görülüb (müəllim Ləman Əhədova).

Qeyd edək ki, müsabiqədə 20-dən çox ölkə iştirak edib.

 

Baxış sayı: 260