XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Zəfər Gününə həsr olunmuş konsertdə çıxış ediblər
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2023 12:13

Noyabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə Kamera və Orqan Musiqi Zalında Noyabr ayının abonement konsertləri çərçivəsində Zəfər Gününə həsr olunmuş gənc istedadların konserti keçirilib.

Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsində təhsil alan III sinif şagirdi Müzəffər Əliyev, VII sinif şagirdi Zəhra Aslanlı və tar sinifində təhsil alan II sinif şagirdi İbrahim Abbasov uğurla çıxış ediblər. 

Zəhra Aslanlı G.Gerşvinın Prelüd N1, M.Mirzəyevin "Bahar melodiyası", Müzəffər Əliyev F.Şopen Mazurka B dur N1 opus 7, İbrahim Abbasov isə F.Əmirovun "Baharımsan" əsərlərini ifa ediblər.

Baxış sayı: 448