XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri "Payız Əfsanələri 2023" incəsənət müsabiqəsində iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2023 11:32

Noyabrın 10-da Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında "Payız Əfsanələri 2023" incəsənət müsabiqəsi keçirilib. 

Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri uğurla çıxış ediblər.

Fortepiano solo nominasiyasında I sinif şagirdi Ayxan Quluzadə 3-cü dərəcəli laureat (müəllim:Əhmədova Dilarə), II sinif şagirdi Vəli Vəliyev 2-ci dərəcəli diplomant (müəllim:Əhmədova Dilarə), Xalq çalğı alətləri solo nominasiyasında II sinif şagirdi İbrahim Abbasov 3-cü dərəcəli laureat (müəllim:Mustafayev Rüfət) adlarına layiq görülüblər.

Baxış sayı: 367