XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/12/2023 10:16

Dekabrın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. 

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verilib. Bildirilib ki, bütün həyatını xalqına və vətəninə həsr etmiş Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub.

Tədbirin bədii hissəsində şagirdlər öz ifaları ilə Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Baxış sayı: 315