XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində gənc müəllimlərin ifasında “Gənclik prelüdləri” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/02/2022 01:03

Fevralın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində gənc müəllimlərin ifasında “Gənclik prelüdləri” adlı konsert keçirilib. Konsertdə adından məlum olduğu kimi gənclik hisslərinin, xəyallarının təcəssümü kimi bir-birindən maraqlı və koloritli əsərlər səslənib. 

İlk olaraq məktəbin müəllimi Humay Fərəcova-Cabbarova  və direktor İlhamə Ağayeva tərəfindən qonaq kimi dəvət olunan qiraətçi Hüseynağa Aslanov çıxış edib.

Daha sonra məktəbin müəllimləri maraqlı ifaları ilə, qiraətçi Hüseynağa Aslanov nostalji hisləri oyadan maraqlı söhbətləri, Lamartinin “Prelüdlər” şeirini bəlağətlə səsləndirməsi tamaşaçılarda maraq oyadıb. Konsertin sonuna yaxın səslənən caz üslublu əsərlər və müəllimlərin kollektiv xor ifasında R.Çarlzın “Hit the road Jack” mahnısı hər kəsi heyrətləndirib.

Konsertdə K.Debüssinin, V.Adıgözəlovun, F.Əmirovun, S.Fərəcovun, S.Raxmaninovun, E.Qarnerin, ƏşMustafazadənin əsərləri səslənib. 

Qeyd edək ki, caz kompozisiyalarının zərb alətlərində ritmik ifaları rəhbərlik tərəfindən konsertə qonaq qismində dəvət olunan Gennadi Qasiyevə həvalə edilib. 

Sonda məktəbin direktoru bütün iştirakçılara hədiyyələr verərək onları Fəxri Fərmanla mükafatlandırıb. 

Baxış sayı: 357