XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2025 11:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi 15 İyun- Milli Qurtuluş Gününə həsr olunan hesabat konserti təqdim edib.

Konsertdən öncə Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib. Ümummilli Liderin müasir dövlət quruculuğundakı misilsiz xidmətlərindən, onun zəngin irsinin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən bəhs edilib.

Daha sonra məktəbin şagirdləri, Beynəlxalq müsabiqələr laureatları zəngin , rəngarəng proqramla çıxış ediblər.

Konsertdə Q.Qarayevin, A.Məlikovun, A.Vivaldinin, N.Silvanskinin və digər bəstəkarların əsərləri səslənib.

Sonda məktəbin xor kollektivi çıxış edərək bu il 140 illiyi keçirilən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Milli marşı” və V.Adıgözəlovun “Kişi sözü” filmindən “Yol gedir” mahnısını ifa edib.

 

Baxış sayı: 52