XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi festivalda iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
11/12/2023 12:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi 7-9 dekabr tarixlərində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 95 illik yubileyinə həsr olunmuş XVI beynəlxalq “Future Stars” klassik musiqi festivalında iştirak edib. 

Festival Gürcüstan İncəsənət Xadimləri Birliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Musiqi Məktəbinin VI sinif şagirdi Respublika və Beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşova (Əməkdar müəllim: İlhamə Ağayeva) festivalda iştirak edərək münsiflər heyətinin qərarı ilə I yerə layiq görülüb. 

Müsabiqədə Elmira Dadaşovanı İrina Mehdiyeva müşayiət edib. 

Baxış sayı: 345