XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi "Ecazkar aləm" adlı konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2024 14:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi görkəmli musiqiçi Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş "Ecazkar aləm" adlı konsert keçirib.

Tədbirdə Azərbaycan mədəniyyətində silinməz iz qoyan dahi pianoçunun yaradıcılığından bəhs edilib.Qeyd olunub ki, orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb.

Konsertdə müəllimlər və tələbələr tərəfindən Vaqif Mustafazadənin eləcə də caz sənətinin digər nümayəndələrinin əsərləri ifa edilib.

Baxış sayı: 263