XƏBƏRLƏR
MƏLUMAT
“Nəğməyə, rəngə, sözə dönən 90 il” adlı yubiley konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/12/2025 15:51

Dekabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Beynəlxalq Muğam Mərkəzində “Nəğməyə, rəngə, sözə dönən 90 il” adlı yubiley konserti keçirilib.

Konsertdə rəsmilər, mədəniyyət işçiləri, uşaq musiqi, incəsənət məktəblərinin direktorları, musiqisevərlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə məktəbdə fəaliyyət göstərən rəsm kursunun şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Aparıcı konserti açıq elan edərək, musiqi məktəbinin yaradılmasının 90 illiyi münasibətilə müəllim və şagird kollektivinə yeni yaradıcılıq uğurları diləyib, məktəbin fəaliyyəti, qazanılan nailiyyətləri barədə danışıb.Daha sonra məktəbin tarixini əks etdirən videoçarx təqdim olunub.

Konsertdə məktəbin şagirdləri, “Şənlik” rəqs qrupu, kiçin simfonik alətlər orkestri və xoru, “Dan ulduzu”  instrumental ansamblı, xalq çalğı alətləri ansamblı çıxış ediblər.

Baxış sayı: 19