XƏBƏRLƏR
MƏLUMAT
“Nəğməyə dönmüş ömür” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
21/06/2024 09:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, maarifçi və şair  Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyi ilə əlaqədar “Nəğməyə dönmüş ömür” adlı tədbir keçirilib.

Tədbirdə iştirak edənlər şairin yaradıcılığı haqqında məlumat veriblər. Bildiriblər ki, Mirzə Şəfi Vazeh zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirib. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.

Tədbirin bədii hissəsində kitabxananın Fəxri oxucusu, əməkdaşı, 158 nömrəli tam orta məktəbin şagirdləri M.Ş.Vazehin qəzəllərini söyləyiblər.

Həmçinin tədbirdə M.Ş.Vazehin anadan olmasının 230 illik yubileyi ilə əlaqədar videoçarx və Gəncədəki M.Ş.Vazeh muzeyinin şəkilləri nümayiş olunub.

 

Baxış sayı: 140