XƏBƏRLƏR
MƏLUMAT
Narkomaniyaya qarşı mübarizəyə həsr olunan tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2024 16:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi və 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Narkomaniyaya qarşı mübarizədə uşaq və yeniyetmələrlə işləyən təşkilatların maarifləndirilməsi məqsədi ilə tədbir keçirilib.

Tədbirdə elm və təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə erkən yeniyetmə və yeniyetmə yaş dövrünün psixo-fizioloji və fərdi xüsusiyyətlərinin nəzərə alınmasından, bu yaş dövrünün praktik əhəmiyyətindən, pedaqoji çətinliklərindən və uşaq şəxsiyyətinin psixologiyasında baş verən psixoloji dəyişikliklər haqqında danışılıb. Həmçinin, asılılıq, asılılığın psixoloji aspektləri, asılılığı yaradan səbəblər barədə maarifləndirici təqdimat edilib.

Sonda mövzu ilə bağlı sərgiyə baxış keçirilib.

Baxış sayı: 169