XƏBƏRLƏR
MƏLUMAT
Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan sərgi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2024 16:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun  birgə təşkilatçılığı ilə  Heydər Əliyev parkında “26 İyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunan sərgi təşkil olunub.

Tədbirdə rəsmilər, rayon ictimaiyyəti və digər qonaqlar iştirak edibləriştirak ediblər.

Çıxış edənlər sərginin keçirilməsində əsas məqsədin sağlam həyat tərzini təbliğ etmək, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildiriblər.

Tədbirin sonunda  qonaqlara sağlam həyatı aşılayan bukletlər, narkomanlıq, tütün məmulatları, alkoqollu içkilərlə mübarizə üzrə maarifləndirici broşürlər paylanılıb.

 

Baxış sayı: 221