XƏBƏRLƏR
MƏLUMAT
Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/06/2023 07:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə mövzu ilə bağlı videoçarx nümayiş olunub. Daha sonra tədbirdə bəşəriyyətin ən ağrılı problemlərindən olan cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya ilə bağlı məlumatlar verilib. Bildirilib ki, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.

Sonda tədbir iştirakçılarına mövzu ilə əlaqədar broşürlər paylanılıb.

Baxış sayı: 220