XƏBƏRLƏR
MƏLUMAT
Narkomaniya ilə mübarizə və onun fəsadlarına həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2025 14:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında narkomaniya ilə mübarizə və onun fəsadlarına həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib.

Çıxışlarda müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu fiziki, mənəvi və maddi zərərlərdən söz açılıb  və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.

Daha sonra hə­kim-narkoloq Asif Kəngərlinin “Bəla”, “Zəhrimar” əsərləri haqqında danışılıb, oxucuların sualları cavablandırılıb.

 

Baxış sayı: 57