“Nargis” nəşriyyat evi, Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Nargis Book” “Karabakh” adlı xüsusi buraxılışı ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, buraxılışın məqsədi Qarabağın Azərbaycan üçün əhəmiyyətini dünya ictimaiyyətinə çatdırmaq və bu bölgənin tarixi və zəngin mədəni irsindən bəhs etməkdir.
Nəşrdə yer alacaq materiallar üzərində görkəmli sənətşünaslar və tarixçilər işləyiblər. Onlar Qarabağın əsl tarixini sadə dil ilə təsvir edib, yalnız arxiv sənədləri və elmi nəşrlər əsasında xronologiyasını yaradıb, qərəzsiz şəkildə faktları təqdim edib və tarixi ədaləti bərpa ediblər.
“Nargis Book” buraxılışında dünya mədəniyyətinin nümayəndələri və ictimai xadimlərlə eksklüziv müsahibələr, azərbaycanlıların dünya mədəniyyətinə və elminə verdiyi töhfələrə dair məqalələr, Azıxantropların məskunlaşmasından başlayan Qarabağ bölgəsinin tarixi, eksklüziv fotosessiyalar və silsilə illüstrasiyalar, azad edilmiş Ağdam və Füzulidən reportajlar və bir çox digər maraqlı məqamlar öz yerini tapıb.
Materiallar arxiv fotoşəkilləri, o cümlədən Lumiere Brothers Fotoqrafiya Mərkəzinin kolleksiyasından Yakov Xalipin nadir fotoları ilə təsvir edilib. Nəşr əsasən ingilis dilində hazırlanıb, videonu seyr etməyə və Azərbaycan milli musiqisini dinləməyə imkan verən QR kodlarla tamamlanıb və eyni zamanda, Qarabağın yeddi rayonunun təsvirlərini və Azərbaycan əlifbasının təsvirli hərflərini əks etdirən açıqca silsiləsi ilə müşayiət olunur.
Yeni buraxılışın hər sayında bir açıqca yer alır, belə ki onların yeddisini toplayaraq Qarabağ sözünə tamaşa etmək imkanınız olacaq. Layihənin təşəbbüskarı və ideoloji ilham pərisi “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudovadır. Layihənin reallaşdırılması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azercell”, “Azərenerji”, Azərbaycan Avtomobil Yolları Agentliyi, “Paşa Holding”, Azərbaycan Banklar Assosiasiyası, “AzerGold”, “Veysəloğlu” Şirkətlər Qrupu, Bakı Nəqliyyat Agentliyi, “Nurgün Motors” və “Kontinent İnşaat” kimi tərəfdaşların dəstəyi ilə mümkün olub.
“Nargis Book” özündə beynəlxalq auditoriyaya multikultural və çoxmillətli Azərbaycan obrazını təqdim edir.
Xarici oxucularda Azərbaycan, azərbaycanlılar və Qarabağ konfliktinin mahiyyəti haqqında düzgün təsəvvür formalaşdırmaq və ölkənin imicini beynəlxalq səviyyədə təqdim etmək, Azərbaycanın fərqli dillərdə danışan, müxtəlif millətlərin və dini etiqadlara malik insanların dostluq şəraitində yaşadığı və sülhsevər bir ölkə olduğunu aşılamaq məqsədilə bu nəşr, Rusiya, Ukrayna, İngiltərə, Türkiyə daxil olmaqla Avropa ölkələrində və ABŞ-da paylanacaq.
Mövzu ilə bağlı video materialı aşağıdakı keçiddən izləyə bilərsiniz:
https://video.azertag.az/site/video/109979
- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib