XƏBƏRLƏR
MƏLUMAT
“Nağıl günü” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/09/2025 15:02

Sentyabrın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Nağıl günü” adlı tədbir keçirilib.

Tədbirdə Əlövsət Vəliyev adına körpələr evi – uşaq bağçasının müəllim və uşaqları iştirak ediblər.

Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Daha sonra uşaqlarda  milli dəyərlərə maraq oyatmaq və onların təxəyyül dünyasını genişləndirmək məqsədilə Mərkəz əməkdaşı tərəfindən nağıl oxunub.

Sonda uşaqlar sual-cavablarla düşüncələrini paylaşıblar.

Baxış sayı: 52