XƏBƏRLƏR
MƏLUMAT
“Muzeylərimiz bu gün. Cəfər Cabbarlının ev-muzeyi” adlı səyyar sərgi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2023 05:24

Mayın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cəfər Cabbarlı ev-muzeyi Xəzər Universitetinin Dünya Məktəbində Beynəlxalq Muzeylər Günü ilə bağlı “Muzeylərimiz bu gün.Cəfər Cabbarlının ev-muzeyi” adlı səyyar sərgi təşkil edib.

Təşkil olunan sərgidə Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış teatr və kino xadimi C. Cabbarlının zəngin həyat və yaradıcılığını əks etdirən foto-arxiv və muzey materialları nümayiş olunub.

Həmçinin sərgi çərçivəsində qonaqlar yazıçının ədəbi irsi ilə yaxından tanış olub, ədibin incəsənətin müxtəlif sahələrindəki fəaliyyəti ilə bağlı maraqlı məlumatlar onların nəzərinə çatdırılıb.

Baxış sayı: 324