XƏBƏRLƏR
MƏLUMAT
“Muzeylər tariximizdir” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2025 10:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Cəfər Cabbarlının ev-muzeyi 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetində “Muzeylər tariximizdir” adlı tədbir keçirib.

Tədbirdə çıxış edənlər Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı böyük xidmətlərindən bəhs ediblər. 

Daha sonra Texniki Universitetin tələbələri dramaturqun “Ana”, “Mən bir susmaz duyğuyam ki” və “Azərbaycan bayrağına” şeirlərini səsləndiriblər. Ədibin sözlərinə yazılmış “Gərək günəş dağları aşıb sönməyəydi” və “Həyat söylə sən kiminsən” mahnıları ifa edilib.

Tədbirin gedişində böyük sənətkarın həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Tədbir çərçivəsində  muzeyin səyyar sərgisi təşkil olunub.

Dahi dramaturqun zəngin ədəbi irsini əks etdirən səyyar sərgidə  ədibin həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən maraqlı materiallardan və zəngin foto-arxivdən istifadə edilib. Yazıçının müxtəlif ədəbi janrlarda yaratdığı əsərlər haqqında, həmçinin mədəniyyətin müxtəlif sahələrindəki fəaliyyəti haqqında geniş məlumatlar təqdim olunub.

Baxış sayı: 32