XƏBƏRLƏR
MƏLUMAT
“Muzeylər milli, mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2025 10:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər milli, mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib.

Tədbirdə ziyalılar, elm adamları, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, hər il 18 may dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən təsis olunub və məqsədi muzeylərin cəmiyyətdəki rolunu önə çəkməkdir. Azərbaycanda muzeyçilik qədim dövrlərə dayanır. Ulu Öndər Heydər Əliyev muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, milli- dəyərlərimizin qorunmasına, bu sahənin inkişafına xüsusi önəm verib. Məhz onun təşəbbüsü ilə Azərbaycanın bir çox bölgələrində tanınmış şəxsiyyətlərin memorial muzeyləri yaradılıb. Azərbaycanda hazırda 250-dən çox dövlət qeydiyyatında olan muzeyin fəaliyyət göstərir. Bu mədəniyyət ocaqları keçmişimizin öyrənməsinə kömək edərək gələcəyimizi formalaşdırmağa xidmət edir.

Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya və Mərkəzin rəsm studiyası ilə tanış olublar.

 

Baxış sayı: 48