Fiziki məhdudiyyətli insanların cəmiyyətə sürətlə inteqrasiya etməsi, mədəni mühitin bir hissəsi olması müasir dövrün əsas hədəflərindəndir. Bu gün dünya muzeylərinin mühüm sosial vəzifələri sırasında bütün ziyarətçilər kimi onlar üçün də bərabər imkanların yaradılması dayanır.
Müasir dünyada muzeylərin missiyası yalnız xalqa məxsus olan maddi-mənəvi sərvətləri gələcəyə daşımaq yox, həm də müxtəlif auditoriyalara ünvanlanmış proqramlarla onu cəlbedici etmək, fəal mədəni mərkəz halına gətirmək, maarifçi rol oynamaqdır. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycan Milli Xalça Muzeyi cəmiyyətin mədəni həyatında muzeylərin çoxfunksiyalı rola malik olması ideyasını öz fəaliyyətində əsas götürməkdədir.
Bu fikirlər Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimlinin 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə hazırladığı “Muzeylər hamı üçün...” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edib.
İnklüziya fiziki məhdudiyyətli insanların tamhüquqlu olaraq sosial və mədəni həyata daxil edilməsidir. Azərbaycan Milli Xalça Muzeyi “sərhədsiz muzey”, “hər kəs üçün muzey” kimi prinsiplərlə cəmiyyətimizin hər bir fərdinin mədəni həyatın ayrılmaz hissəsi olması ideyasına əsaslanır və bu istiqamətdə ardıcıl layihə və tədbirlər həyata keçirir. Son iki ildə fiziki cəhətdən məhdudiyyətli insanların muzeyə cəlb olunması və onların zəngin mədəniyyətimizlə “ünsiyyətinin” gerçəkləşməsi üçün mühüm işlər görülmüş və Azərbaycan Milli Xalça Muzeyi “inklüziv muzey” layihəsini ölkəmizdə həyata keçirən ilk mədəni müəssisə olub.
Muzeydə görmə məhdudiyyətli insanlar üçün Azərbaycan xalçalarının kiçik replikaları yaradılıb, həmçinin ekspozisiyadakı bütün mətnlər Brayl əlifbası ilə təqdim edilib. Onlar bu nümunələrə toxunmaqla, yəni taktil üsulla xalçalarımızı duya, ornamentləri hiss edə bilirlər. Muzeyin Ənənəvi texnologiya şöbəsi bu istiqamətdə peşəkar şəkildə fəaliyyət göstərməklə daim yeni xalça replikaları yaratmaqdadır.
Görmə məhdudiyyəti olan tamaşaçıların taleyi daha fərqlidir, çünki onlar bu sənət gözəlliyini seyr etməkdən məhrumdurlar. Cəmiyyətin hər bir üzvü kimi onların da ecazkar xalçalarımızdan zövq almaları üçün Azərbaycan Milli Xalça Muzeyi bu istəyi yerinə yetirdi. Onu da deyək ki, bütün kateqoriyadan olan ziyarətçilər xovsuz və xovlu xalça texnikalarının sintezi ilə işlənən kiçik replikalara əl vura bilir, onların fərqini hiss edir, xalçalarımızın isti enerjisi ilə təmasda olur, tarixə və ənənəyə toxunurlar. Burada artıq “muzey eksponatına əl vurmaq olmaz!” qadağası da yoxdur.
Qeyd edək ki, muzeydə eşitmə qabiliyyəti zəif olan ziyarətçilər üçün surdo-tərcümə ilə virtual ekspozisiya da, təqdim olunur.
“İnklüziv muzey” istiqaməti üzrə həyata keçirilən tədbirlər çərçivəsində 2019-cu il fevralında “Tarixə və ənənəyə toxunuş” adlı Azərbaycan-Türkiyə birgə sərgi layihəsi baş tutmuş və burada ekspozisiyanın əsas hissəsini Türkiyənin GEA Arama Qurtarma Ekoloji və İnsani Yardım ictimai təşkilatının səyyar sərgisi təşkil edib. Dünya muzeylərinin məşhur eksponatlarının surətlərinin - gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstlərinin, AMXM-in Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırlanan xalça nümunələrinin nümayiş olunduğu sərgidə görmə qabiliyyəti məhdud olan insanlar taktil üsulla onları duya bildilər. Həmin ilin mayında muzeydə baş tutan “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə çərçivəsində isə fiziki məhdudiyyətli insanların əl işlərindən ibarət sərgi açılıb. Həmçinin 2019-cu ilin noyabr ayında Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə “Sərhədsiz muzey” adlı geniş tədbirdə Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılışı olub. 2020-ci ildə Gənclər Günü münasibətilə muzeydə daun sindromlu şəxslər üçün müxtəlif tədbirlər və ustad dərsləri təşkil edilib.
Rusiya Dövlət Ermitajında baş tutan və hələ davam etməkdə olan “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi bu istiqamətdə aparılan işlərin davamında gerçəkləşən çox mühüm layihələrdəndir.
Azərbaycan Milli Xalça Muzeyi ilə Dövlət Ermitajının ortaq inklüziv layihəsi olan sərgidə görmə qabiliyyəti zəif olan və tamamilə görmədən məhrum insanlar üçün dünyanın ilk xalça örnəyi sayılan və hazırda Ermitajda nümayiş olunan Pazırık xalçasından seçilmiş fraqmentlər taktil üsulla nümayiş olunur. Sərginin açılış mərasimində çıxış edən Dövlət Ermitajının direktoru Mixail Piotrovski söylədi ki: “Görmə məhdudiyyətli insanlara minnətdar olmalıyıq ki, onların sayəsində muzey əşyalarına hər kəsin toxunması mümkün olacaq. Xalçada taktilliyin yaradılması yeni bir işdir və bunu Azərbaycan Milli Xalça Muzeyi həyata keçirmişdir”.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova isə öz çıxışında sərginin vacib əhəmiyyətini vurğulamaqla AMXM-in “sərhədsiz muzey” layihəsinin ölkəmizdə inklüzivliklə bağlı inkişafın flaqmanına çevrildiyini qeyd etdi.
Muzeyin iştirakı ilə gerçəkləşən növbəti layihə 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlıdır. Bu münasibətlə Azərbaycan Milli Xalça Muzeyində təşkil olunan “Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə məqsədli sərgi-satış yarmarkasının məqsədi fiziki məhdudiyyətli rəssamları, istedadlı insanları cəmiyyətdə tanıtmaq və onlara maddi dəstək olmaqdır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi, Azərbaycan Milli Xalça Muzeyi, “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyi və Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə görmə, eşitmə və hərəkət imkanları məhdud yaradıcı insanlar tərəfindən yaradılmış rəsm əsərləri, xalça və digər dekorativ-tətbiqi sənət nümunələrini, eləcə də Dövlət Ermitajının Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə etdiyi Pazırıq kurqanından tapılmış qədim keçə fraqmentinin taktil nümunəsini görmək mümkündür.
Surdo tərcümənin müşayiəti ilə muzeyin Uşaq şöbəsi qədim folklor ənənələrindən qaynaqlanan kilimarası tamaşasında balacaların sevimli “Cırtdanın sərgüzəştləri” nağılını təqdim edir. Onlar üçün müxtəlif mövzularda ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub.

- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib