XƏBƏRLƏR
MƏLUMAT
“Mütaliə saatı” təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
11/09/2024 10:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı Zirə Mədəniyyət Mərkəzində “Mütaliə saatı” keçirib.

Tədbir zamanı uşaqlara kitabxana fondundan bir-birindən maraqlı kitablar təqdim olunub və hekayələr seçilərək səsləndirilib.

Qeyd edək ki, “Mütaliə saatı”nın keçirilməsində məqsəd uşaqlarda kitabxanaya, kitablara olan marağı artırmaq, onların mütaliə mədəniyyətinin, dünyagörüşlərinin formalaşmasına, nitq mədəniyyətinin zənginləşməsinə kömək etməkdir.

Baxış sayı: 82