XƏBƏRLƏR
MƏLUMAT
“Mütaliə saatı” keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/09/2024 15:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin 2 nömrəli kitabxana filialı Zirə EKO Parkında “Mütaliə saatı” keçirib.

Tədbir zamanı uşaqlara kitabxana fondundan bir-birindən maraqlı kitablar təqdim olunub və hekayələr seçilərək səsləndirilib.

“Mütaliə saatı”nın keçirilməsində məqsəd yay tətilinin səmərəli təşkili və uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsidir.

Baxış sayı: 112