XƏBƏRLƏR
MƏLUMAT
“Müstəqilliyimiz milli sərvətimizdir” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2024 16:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinin və Yasamal rayon 158 nömrəli tam orta  məktəbin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunan “Müstəqilliyimiz milli sərvətimizdir” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılar Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti, onun yaranma tarixi və fəaliyyəti  haqqında ətraflı məlumat veriblər.

Tədbirin bədii hissəsində Müstəqillik Gününə həsr olunan “Azərbaycan bayrağı”, “Ulu Öndər”, “Yaşa mənim xalqım” və “Azərbaycan” mahnıları ifa olunub, 158 nömrəli məktəbin şagirdlərinin hazırladıqları videoçarx təqdim olunub.

Sonda tədbir iştirakçıları Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin müasir Azərbaycana və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etdikləri sərgi ilə tanış olublar.

Baxış sayı: 280