XƏBƏRLƏR
MƏLUMAT
“Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2024 15:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Müstəqilliyimizin bərpası-bütöv Azərbaycan” adlı mühazirə dinlənilib. Mühazirədə qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilib. Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranıb və ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan edib.

Sonda mövzu ilə əlaqədar film nümayiş olunub.

Baxış sayı: 138