XƏBƏRLƏR
MƏLUMAT
“Müstəqilliyim Əbədidir” adlı ədəbi-bədii gecə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/10/2023 11:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şağan qəsəbə Mədəniyyət Mərkəzi və  Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli kitabxana filialı birgə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqilliyim Əbədidir” adlı ədəbi-bədii gecə keçiriblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Daha sonra mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Tədbirdə “Lalələr” rəqs ansamblı, “Nur” rəqs qrupu, “Özəl” rəqs dərnəyi bir-birindən maraqlı rəqslərlə, “Mərdi-Məkan” ansamblı isə müstəqilliyimizə həsr olunmuş musiqi nömrələri ilə çıxış ediblər.

Həmçinin Şağan Mədəniyyət Mərkəzinin özfəaliyyət, qiraət dərnəyinin üzvləri vətənpərvərlik mövzusunda  şeirlər səsləndiriblər.

Baxış sayı: 501