XƏBƏRLƏR
MƏLUMAT
“Müstəqillik Günü” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2024 16:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Müstəqillik Günü” adlı tədbir keçirilib.

Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasında təşkil edilmiş tədbirdə Müstəqillik Gününün şanlı tarixindən söz açılıb.

Bədii hissədə şagirdlər qəhrəmanlığı, vətənpərvərliyi və müstəqilliyimizi tərənnüm edən şeirlər, rəqs nömrələri nümayiş etdiriblər.

Baxış sayı: 196